Prezident aparatına göndərilən avtomobillər geri qaytarıldı

Rusiyaya qarşı sanksiyalar başladıqdan sonra hökumət orqanları istəməsələr belə yerli istehsal avtomobillərdən istifadəyə məcbur olub. Əlbəttə, hansısa idarənin öz xoşu ilə "Toyota", "Audi", yaxud "Mercedes"dən imtina etdiyini düşünmək sadəlövhlük olardı.
Avtosfer.az xəbər verir ki, yayda bəzi dövlət qurumlatrı üçün Lada Aura avtomobillərinin alınmasına qərar verilmişdi. Bu günlərdə Rusiya Prezidentinin İşlər İdarəsi üçün istehsal edilmiş 30 "Aura" geri qaytarılıb. Səbəb avtomobillərin keyfiyyət qəbulundan keçə bilməməsidir.
Rusiya mediası iddia edir ki, nəzarətçilər sonradan özlərinə problem yaranmasın deyə olmayan qüsurları da qeyd ediblər. çünki heç kim bir neçə həftə istismardan sonra ortaya çıxacaq problemlərə görə özünə problem yaratmaq istəmir.
Avtovaz şirkəti bildirib ki, dövlət strukturları üçün keyfiyyət nəzarəti daha sərt olduğunan maşınlar sınaqdan keçə bilməyib.
Rus mənbələrinin məlumatına görə, ilin sonunadək dövlət sifarişi üzrə 3000 "Aura" istehsalı nəzərdə tutulmuşdu. Lakin keyfiyyətə nəzarət bu qaydada aparılarsa yanvaradaək heç 100 maşın istehsal etmək mümkün olmayacaq.
Vüqar Yaşaroğlu
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












