“Prius” sahiblərinə ŞAD XƏBƏR : Bu avtomobilləri sığortalamayan şirkətlər CƏZALANDIRILACAQ

Kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edən sığorta şirkətləri cəzalandırılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq tənzimləyici orqan olan Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumatda deyilir ki, Mülki Məcəllənin 907.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Odur ki, istənilən avtomobilin, o cümlədən mühərrikin həcmi 2001 kubsantimetrdən aşağı olan avtomobillərin sığortalanmasından imtina oluna bilməz. AMB-dən bildirilib ki, belə faktlarla qarşılaşan vətəndaşlar dərhal Mərkəzi Bankın “qaynar xətt”inə (966) müraciət edə bilərlər. Qurumdan o da qeyd edilib ki, müvafiq faktların aşkarlandığı halda Mərkəzi Bank tərəfindən hüquq pozuntusuna yol verən sığortaçılara qarşı qanunvericiliyə uyğun olaraq nəzarət tədbirləri tətbiq olunacaq. Xatırladaq ki, artıq bir müddətdir ki, əksər sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər. Xüsusilə “Toyota Prius” avtomobillərinin sahibləri bu barədə xeyli şikayət ediblər. Sığorta agentləri bildiriblər ki, sığorta şirkətləri tərəfindən onlara mühərrik həcmi iki min kubsantimetrə (2.0 l. mühərrik) qədər avtomobillərə icbari sığorta polisi yazmamaq haqqında tapşırıq verilib. Hətta şirkətlər əməkdaşlıq etdikləri sığorta agentləri ilə yenilədikləri müqavilələrdə belə, bu bəndi əlavə ediblər. Bu tələbə əməl etməyən agentlər isə sığorta şirkətləri tərəfindən cərimə edilirlər.
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər










