"Qazaxın 7 və Naxçıvanın 1 kəndi də qaytarılacaq" - AÇIQLAMA

"Qubadlı və Zəngilanın azad edilməyən onlarla kəndi ilə bərabər Qazaxın 7 və Naxçıvanın 1 kəndi də qısa zamanda qaytarılacaq".
Unikal.org xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, 9 noyabr bəyanatında cəmiyyəti narahat edən səbəblərdən biri Xankəndi, Xocalı və Xocavəndin adını çəkilməməsi idi:
"9 noyabr bəyanatı 1 səhifədə 9 bənddən ibarət idi. İctimaiyyət daha çox sənəddə Xankəndi, Xocalı və Xocavəndin adını çəkilməməsindən narahat idi. Həmin sənəddə indi bərpa edilməklə Qafan aeroportuna, Zəngəzur Mis-Molibden zavoduna, Davud Bəy kəndinə, Vorotan SES-ə qədər gedib çıxan sərhdlərimizin də adı çəkilmirdi. Qubadlı və Zəngilanın azad edilməyən onlarla kəndinin, Qazaxın 7 və Naxçıvanın 1 kəndinin də adına o sənəddə rast gəlinmir. Lakin qısa zamanda o ərazilər də tam qaytarılacaq. Bu mütləqdir".
Ədalət Verdeyev hesab edir ki, şərtləri qalib tərəfin diktə etdiyini və 97 illik problemin 1 səhifəlik bəyanatla həllinin mümkün olmadığını nəzərə almaq mütləqdir:
"Qalib millət olmağı bacarmalıyıq. Başqa yolumuz da yoxdur".
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












