Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Azərbaycanın torpaqları işğaldan azad etmək üçün “Dəmir yumruq” adı altında keçirdiyi hərbi əməliyyatlar zamanı Vətən müharibəsində qəhrəmanlıqları ilə xalqın sevgisini qazananlardan biri də hərbi həkimlər oldu. Onlar çətin şəraitdə, döyüş zonasında yaralıları yenidən həyata və döyüşə qaytardılar. Hərbi həkimlərdən biri isə həm də döyüşərək şəhid olub. O, gizir Sadiq Feyziyevdir.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, qəhrəman həkim S.Feyziyev 1993-cü ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub.
Hərbi Tibb Universitetini bitirərək 2013-cü ildən Tərtər rayonunda cəbhə zonasında yerləşən hərbi hissədə ön xəttdə hərbi həkim kimi 7 ildən çox xidmət edib. 2016-cı ildə “Aprel döyüşləri”ndə iştirak edib.
.jpg)
Atası Tahir Feyziyev deyir ki, şəhid oğlu Sadiq 4 il öncə baş verən döyüşlər haqda danışarkən deyib ki, erməni pilotsuz uçuş aparatları onların taborunu vurarkən bir neçə əsgər yaralanıb:
“Komandiri deyib ki, “getmə, səni vuracaqlar”. Sadiq özünü qabağa ataraq atəş zərbələrinin altından yaralı əsgərləri çıxarıb, onlara tibbi yardım göstərib.
Bu vaxt isə özü ayağından xəsarət alaraq yaralanıb. Bu qəhrəmanlığına görə Sadiq Feyziyevi general Hikmət Həsənov mükafatlandırmışdı”.

Vətən Müharibəsində “Qarabağ” ordeni alan polkovnik Teymur Məmmədov hərbi hissə komandiri kimi gizir Sadiq Feyziyevi bir neçə dəfə Fəxri Fərmanla təltif edib. Sadiqə Azərbaycan Ordusunun 100 illik yubileyilə bağlı medal verilib.
Sentyabrın 28-də atasına zəng edərək “set tutmayacaq yerə gedirəm, bir neçə gün danışa bilməyəcəyik, narahat olmayın” deyib. Lakin ondan sonra ailəsi ilə bir də heç vaxt danışa bilməyib.
Şəhid olandan sonra isə neytral zonada qaldığı üçün bir müddət cəsədini götürə bilməyiblər. Noyabrın əvvəlində şəhid gizirin cəsədi götürərək DNT test edilib və ailəsinə təhvil verilib. Sadiq doğulduğu kənddə dəfn edilib.
Döyüş yoldaşları deyir ki, Sadiq Feyziyev irəli hücuma keçən dəstə ilə getməyə bilərdi, arxada qalıb yaralıları qəbul edə bilərmiş.
.jpg)
Tahir Feyziyev bildirir ki, oğlu bu təkliflə razılaşmayıb: “Sadiq deyib ki, mən yoldaşlarımdan arxada qala bilmərəm. Onlarla birgə irəli gedib və döyüşərək həm də yoldaşlarına tibbi yardım göstərib. İlk olaraq Talış kəndi və Suqovuşan qəsəbəsinin azad edilməsində iştirak edib. Sadiq xüsusi təyinatlı dəstə ilə yanaşı irəliləyib, qərargah rəisi də onlarla birgə olub. Suqovuşandan sonra Ağdərə istiqamətində irəliləyərkən snayper Sadiqi vurub və yaralanıb. Ondan sonra qərargah rəisi də vurulub. Sadiq özü yaralı olduğu halda qərargah rəisinə tibbi yardım göstərib. Bu zaman onların olduğu yer raket zərbəsi ilə vurulub, qəlpədən həm Sadiq, həm də qərargah rəisi bir yerdə şəhid olublar”.
Sadiq Feyziyev evli olub, 2 yaşlı bir oğlu var. Onun həkim kimi hərbi xidmətdə olduğu müddətdə həyat yoldaşı və övladı da cəbhə zonasında, Ağdam rayonunun Təzəkənd kəndinə yaşayıblar.





Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












