Rəngli nəqliyyat vasitələrinə niyə maraq yoxdur? - ARAŞDIRMA + VİDEO

Rənglər avtomobillərin qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Bazarda bəzi rəngli avtomobillərin satışı kəskin azalıb. Avtomobil bazarı üzrə araşdırmaçı Sərxan Qədirov bildirib ki, alıcılar daha çox ağ və qara maşınlara üstünlük verirlər.
Onun sözlərinə görə, tünd və gümüşü rəngdə olan maşınlara isə maraq elə də böyük deyil. Koreya istehsalı olan avtomobillərdə ən çox tələb olunan və satılan nəqliyyat vasitələri ağ, qara və göy rəngdə olanlardır.
Sərxan Qədirovun sözlərinə görə, elə avtomobillər var ki, qırmızı rəngdə olduğu üçün 19 min manata təklif olunur. Amma digər rənglərdə olsaydı, həmin nəqliyyat vasitəsini 2 min, 2 min 500 manat yuxarı qiymətə satmaq mümkündür.
Ekspert əlavə edib ki, taksi fəaliyyəti ilə bağlı verilən yeni qərarlar hələ ki qırmızı rəngdə olan avtombillərin satışına ciddi təsir göstərmir.
Daha ətraflı videomaterialda.
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












