Şəhid pilot Xalid Gözəlovun 25 yaşı tamam olur - FOTO

Bu gün şəhid baş leytenant Xalid Gözəlovun doğum günüdür.
Avtosfer.az xəbər verir ki, Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən igidlərdən biri də Biləsuvar rayonundan olan Gözəlov Xalid Həsən oğludur.
Mərhum 4 yanvar 1996-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2002-ci ildə Zaqatala şəhərində Ş. Qurbanov adına tam orta məktəbin 1-ci sinfinə getsə də məktəbi doğulduğu kəndin orta məktəbində bitirib. 2012-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasının Aviasiya fakültəsi üzrə təhsil alıb.
2016-ci ildən Dövlət Sərhəd Xidmətində baş leytenant hərbi rütbəsində pilot kimi xidmətə başlayıb. Xalid Gözəlov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində iştirak edib, xüsusi rəşadət göstərərək qəhrəmancasına şəhid olub.
Şəhid Xalid Gözəlov 28 sentyabr 2020-ci ildə Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib. Şəhid baş leytenant Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Qubadlının azad olunmasına görə medalı" ilə təltif edilib.
Şəhidimiz nişanlı idi.
Allah rəhmət eləsin!



Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












