Suda qalmış “Mercedes” bir dəfəyə işə düşdü - VİDEO

70-ci illərdə hörmətli maşın sayılan W123 kuzovlu Mercedes avtomobillərinin keyfiyyəti barədə bu gün də müsbət fikir söylənilir.
Avtosfer.az xəbər verir ki, İspaniyada oktyabrda baş verən leysanda çox avtomobil metal tullantısına çevrilib. Lakin bəzi istisnalar da var.
Valensiyada suya qərq olan Mercedes-Benz 300D də belələrindəndir. Avtomobilin sahibi yağış vaxtı onu qarajdan çıxarmağa imkan tapmayıb. Binanın qarajında olan maşın tamamilə suya batıb, hətta damı da palçıqla örtülüb. Hadisədən bir neçə gün sonra qarajdan su boşaldıldıqdan sonra sahibi maşını çölə çıxara bilib və 70-ci illərin texnikasının keyfiyyətinə bir daha əmin olub.
Avtomobilin mühərrikinə və salona dolan su boşaldılıb, akkumulyator və yağlar dəyişilib. Bundan sonra avtomobilin V6 dizel mühərriki yarım dövrdə işə düşüb. Yoxlama zamanı məlum olub ki, maşının elektrik sistemində heç bir qısaqapanma olmayıb. faralar və siqnal da normal işləyir.
Görəsən 2024-cü ilin maşını 3 gün suda qalsa bəziyyət necə olar?
Vüqar Yaşaroğlu
Qərar təkcə benzin və dizellərə aid deyil - DİQQƏT!
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?












