Sükan arxasında mürgüləmə risk faktoru kimi

Avropada aparılan statistika göstərir ki, qəzaların 17 faizi sürücülərin sükan arxasında yuxulaması səbəbindən baş verib. Mürgüləmə risk dərəcəsinə görə sərxoşluq və sürətdən heç də geri qalmır. Avtosfer.az xəbər verir ki, Avropada ötən həftə 2000 sürücü arasında keçirilmiş rəy sorğusu dəhşətli mənzərəni üzə çıxarıb. Məlum olub ki, rəyi soruşulanların 83 faizi 2024-cü ildə azı bir dəfə sükan arxasında mürgüləyib. Respondentlərin 86 faizi isə mürgülədiyi üçün son anda qəzadan yayındığını etiraf edib.
Bordo Universitetinin mütəxəssisləri sükan arxasında mürgüləməmək üçün bunları tövsiyə edirlər: yola çıxmazdan əvvəl azı 7 saat yatmaq, səhər saat 02.00 – 05.00, gündüz 13.00 – 16.00 arasında yola çıxmamaq, hər 2 saatdan bir fasilə vermək.
Həkimlər bildirirlər ki, sürücülərin israrı bəzən ağır nəticələr doğurur. Bir çox sürücü “yarım saatlıq yol qalıb”, “pəncərəni açım külək vursun ayılım” düşüncəsi ilə maşın sürməyə israr edirlər. Halbuki, yatmaqdan qorxmaq lazım deyil. Maşını yol kənarına çəkərək bir neçə dəqiqə gəzişmək və 15 dəqiqə yatmaq sürücünün diqqətini toplaması və aktiv yuxu fazasını geridə qoymaq üçün kafidir.
Vüqar
Daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












