Sultan ailəsinə məxsus avtomobil 154 min funta satıldı - FOTO

Bruney sultanı Həssənal Bolkiyahın avtomobil kolleksiyası çoxlarına məlumdur. Onun qarajında nadir lüks avtomobillər və motosikletlər yer alır.
Avtosfer.az xəbər verir ki, 80-ci illərin sonunda bir ingilis dizayner sultanla görüşəndə ona xizək sürməyə getmək üçün xüsusi Bentley sifariş verməyi təklif edir. Təklif qəbul edilir və kral ailəsi üçün 11 ədəd tam intiqallı Bentley hazırlanır. Maşınlara frnsanın məşhur xizək kurortunun adı verilir: “Val d’Isère”.
Bentley bir qayda olaraq sedan kuzovda hazırlansa da, bu maşınlar üçün universal variant seçilir. Təbii ki kirşələri yerləşdirmək üçün.
Bu günlərdə isə həmin avtomobillərdən biri Londonda hərraca çıxarılıb. Maşına maraq çox böyük olub və ilk hərracdaca gözləniləndən daha baha – 154 min funt sterlinqə (təxminən 330 min dollar) satılıb.
Qeyd edək ki, Bruney sultanının məlum olan avtomobil sayı 5 mindən çoxdur. Müqayisə üçün deyək ki, siyahı tərtib etsək 12 şrift, 1 intervalla azı 7 səhifə çıxır.
Vüqar Yaşaroğlu
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir















