Banner

Zəngəzur dəhlizi ürərində dağları yarıb üç nəhəng tunel tikdilər – Ən son görüntülər - VİDEO

Maraqlı 16 Noyabr 2026 19:45
Zəngəzur dəhlizi ürərində dağları yarıb üç nəhəng tunel tikdilər – Ən son görüntülər - VİDEO
WhatsApp kanalımıza abunə olun

Nəqliyyat eksperti Elməddin Muradlı Zəngəzur dəhlizi ilə yeni görüntülər paylaşıb. Ekspert bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu - Zəngəzur dəhlizi strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək. Uzunluğu 123,6 km olan əsas yolun tikintisi hazırda 95% səviyyəsində tamamlanıb.

Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Layihənin ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km-i əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır. Yolun eni 14–21 metr, hərəkət zolaqlarının sayı isə 4–6-dır. Bu göstəricilər nəqliyyatın rahat və fasiləsiz axını üçün əlverişli şərait yaradır.

Layihə çərçivəsində 55 alt keçid, 28 körpüŞ 8 yol qovşağı və 3 tunel tikilib ki, onun da ümumi uzunluğu 12 032 m.dir.

Yol Zəngilan rayonunun Ermənistan və İran sərhədində yerləşən strateji Ağbənd qəsəbəsinə qədər uzanır.

Zəngilanla Naxçıvan arasında birbaşa quru sərhədi olmadığından yol Ağbənddən sonra iki fərqli istiqamətdə davam edir:

1. Zəngəzur dəhlizi: Ermənistanın Sünik bölgəsindən (təxminən 42–43 km) keçərək birbaşa Naxçıvanın Ordubad rayonuna birləşir.

2. Araz dəhlizi: Araz çayı üzərindəki körpü vasitəsilə İran ərazisinə (təxminən 107 km) keçir və Culfa istiqamətindən Naxçıvana daxil olur.

Bu layihə həm ölkədaxili quru əlaqəsini bərpa etmək, həm də beynəlxalq tranzit daşımalarını genişləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

Yolun inşasında yüksək keyfiyyətli materiallardan və qabaqcıl texnologiyalardan istifadə olunur. Torpaq yatağının hazırlanması, layların sərilməsi və yol geyimi işləri əsasən tamamlanıb.

Bu göstəricilər yolun möhkəmliyini və uzunömürlülüyünü təmin edən əsas faktorlardandır.

Körpülərə gəldikdə, 28 körpüdən 22-nin tikintisi başa çatıb, 6-sında isə işlər davam etdirilir. Körpülərin 16-sı su ötürücü, 12-si isə yol ötürücüsüdür.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu, Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi, Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bu layihə təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yolun tam istismara verilməsi yaxın gələcəkdə region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq.

Səfər

YouTubehttps://www.youtube.com/watch?v=9PAAEaq1Qi4

 

Oxunub : 212
ŞƏRH YAZ
Ad

E-mail

Şərh