Sürücülük vəsiqəsinin ləğv edildiyini 30 il sonra öyrəndi - 40 il qayda pozmayan sürücü - FOTO

Fransanın Sen və Marn departamentinin sakini qəribə vəziyyətlə rastlaşıb. Avtosfer.az xəbər verir ki, Paris metrosuna ilk dəfə girən qadının əl çantası oğurlanır. Polis idarəsinə gələn qadın çantada sürücülük vəsiqəsinin olduğunu bildirir. Lakin idarədə yoxlama zamanı maraqlı hal üzə çıxır.

Məlum olur ki, qadının 1982-ci ildə aldığı vəsiqə 10 il sonra məhkəmə tərəfindən ləğv edilib. Qadına bu barədə məlumat verilməyib, ləğvin səbəbi məlum deyil.
Əlavə yoxlama zamanı məlum olub ki, qadın 40 il ərzində ən xırda xəta da törətmədiyi üçün polis onu heç vaxt saxlamayıb.
Qadın indi sürücülük vəsiqəsini bərpa etmək və avtomobilini daimi yaşadığı yerə necə aparmaq barədə düşünür.
Autoplus.fr saytının məlumatına görə, Fransada 770 000 nəfər avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. Vəsiqə olmadan idarəetmə 1 ilədək həbs və 15 000 avroyadək cərimə ilə cəzalandırılır.
Vüqar
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?














