Taksi sürücüləri üçün imtahana MÜNASİBƏT - Hər kəs asanlıqla öyrənə bilər

"Son vaxtlar “taksi” mövzusu ölkədə ən çox istismar olunan mövzulardan birinə çevrilib. Söhbət illərdir qanunvericilikdə olan bir şeydən gedir. Əslində bu gün üçün heç bir yenilik də yoxdur. Söhbət hansısa mürəkkəb imtahandan, akademik biliklərin yoxlanılmasından da getmir. “Avtomobil nəqliyyatı haqqında” Qanunda hələ 2015-ci ildən belə bir müddəa var ki, kommersiya məqsədli yük və sərnişin daşıyan avtomobil nəqliyyatı sürücüləri (yəni avtobus sürücüləri, yük avtomobili sürücüləri və taksi sürücüləri) bu işə başlamaq üçün xüsusi hazırlıq keçməlidirlər. Hazırlığın nəticəsində onlara sənəd vermək üçün qiymətləndirmə, yəni öyrəndiklərinin yoxlanılması keçirilməlidir."
Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. O, bildirib ki, qiymətləndirmədən uğurla keçənlərə bu barədə sənəd verilməlidir. "Xüsusi hazırlıq və qiymətləndirmənin də predmeti və proqramı çox sadədir: bu sürücülərin peşə fəaliyyətinə və etik davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən qanunvericiliyə dair zəruri biliklər."
Ərşad Hüseynov qeyd edib ki, xüsusi hazırlığı AYNA təşkil etməlidir. "14 iyul 2023-cü ildə (yəni təxminən 1 il əvvəl) edilən dəyişikliyə əsasən, qiymətləndirməni DİM həyata keçirməlidir. DİM-in bu işi həyata keçirməsinin qaydası, şərtləri və s. yəqin ki, yaxın vaxtlarda bəlli olacaq və yoxlamalar həyata keçiriləcək.
İndiyədək belə hazırlığı keçən və hazırlıqdan sonra AYNA tərəfindən yoxlamadan keçən sürücülər bunun mahiyyətini yaxşı bilirlər. Çox sadə mövzulardan və buna uyğun qiymətləndirmədən söhbət gedir. Həmin məsələləri 5-ci sinif şagirdi səviyyəsində dünya görüşü olan hər kəs asanlıqla məniməsəyə bilər. Yəni, xüsusi ajiotajlıq bir şey yoxdur və gözlənilmir."
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












