“Toyota”nın bazar dəyəri 18,5 milyard dollar azalıb - SƏBƏB

Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor”un bazar kapitallaşması avtomobillərin təhlükəsizliyi və istismarına dair məlumatların saxtalaşdırılması ilə bağlı qalmaqala görə həftə ərzində 2,9 trilyon yen (18,5 milyard dollar) azalıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Bu, şirkətin ümumi kapitallaşmasının təxminən 5 faizini təşkil edir. Tokio Fond Birjasında “Toyota Motor” səhmlərinin ucuzlaşması iyunun 4-də pozuntular məlum olduqdan sonra demək olar ki, bütün ticarət günlərində davam edib. Ekspertlər və analitiklər qeyd edirlər ki, bazardakı bu vəziyyət investorların təkcə qalmaqalla deyil, həm də korporasiyada mümkün idarəetmə problemləri ilə bağlı narahatlıqları səbəb ola bilər.
“Toyota” şirkəti hazırda istehsal olunan üç model üçün piyadaların vurulmasından qorunma sınaqları zamanı əldə edilən məlumatların saxtalaşdırılmasını müəyyən edib. Söhbət “Corolla Axio”, “Corolla Fielder” və “Yaris Cross” modellərindən gedir. Onların istehsalı qeyri-müəyyən müddətə dayandırılıb. Bu modellərin illik istehsal həcmi təxminən 130 min ədəd təşkil edir. Bu da konsernin ümumi istehsal göstəricilərinin bir faizindən bir qədər çoxdur.
“Toyota” 2023-cü maliyyə ilində (2023-cü ilin aprel - 2024-cü il mart) əməliyyat mənfəəti 5 trilyon yeni (34,4 milyard dollar) keçən Yaponiyada ilk şirkət olub. Onun dünya üzrə satışları 10,3 milyon avtomobil təşkil edib ki, bu da korporasiyanın bütün mövcudluğu üçün rekorda çevrilib.
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO












