Türkmənistan Azərbaycanın yük maşınlarına yeni tariflər tətbiq edəcək

Türkmənistanda ölkəyə gələn və ölkə ərazisindən tranzit keçən yük avtomobilləri üçün yeni rüsum və ödənişlər tətbiq ediləcək.
Avtosfer.az Türkmənistan mediasına istinadən xəbər verir ki, bununla bağlı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qərar imzalayıb.
Yeni qərarla Aşqabad sazişinin iştirakçısı olan ölkələrdən (İran, Oman, Türkmənistan və Özbəkistan), həmçinin Əfqanıstanı Türkiyə və Avropa ilə birləşdirən Lazurit dəhlizinin iştirakçısı olan ölkələrdən (Azərbaycan və Gürcüstan) Türkmənistana gedən yük maşınları və yarımqoşqular üçün yeni rüsum və ödənişlər müəyyən edilib.
Belə ki, Türkmənistana gedən qoşqular üçün 150 dollar, tranzit keçən qoşqular üçün isə 100 dollar rüsum alınacaq. Bu məbləğə sənədləşmə prosedurları, gömrük əməliyyatları, izləmə, bitkiçilik məhsullarının yoxlanılması və dezinfeksiya üçün rüsumlar daxildir.
Qərar 15 noyabrdan qüvvəyə minəcək və gələn ilin 15 noyabrınadək qüvvədə olacaq.
Redaktor.az
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO












