Usta qış təkərlərindən DANIŞDI - 500 manatdan...

Qış aylarında yağış, qar, şaxta səbəbilə yollar buz bağlayır. Eyni zamanda bu amillər nəqliyyat vasitələrində istifadə edilən təkərlərə də təsir edir. Ona görə də qışda maşın sürmək riskli olur. Bu riskləri aradan qaldırmaq üçün qış təkərləri mövcuddur. Qış təkərləri soyuqdan təsirlənmədiyi üçün nəm və buzlu səthlərdə rahatlıqla istifadə oluna bilir.
Bəs Azərbaycanda qış təkərlərindən istifadə mütləqdir?
Avtosfer.az-ın məlumatına görə, bu barədə avtomobil ustası Əli Əliyev açıqlamasında söyləyib ki, qış vaxtı mütləq qış təkərlərindən istifadə olunmalıdır. Çünki yerdə qar varsa, təkərlərin "şpor" deyilən hissələri maksimum səviyyədə olmalıdır ki, qarın üzərindən keçən zaman təkərlərdə sürüşmə olmasın:
"Əslində, Azərbaycanda qış elə də sərt keçmir və qar yerdə çox qalmır. Ona görə də dörd fəsil təkərlərindən istifadəni daha məqsədəuyğun hesab edirəm. Bizdə qış aylarında daha çox yağış yağır, yer sulu olur, dörd fəsil təkərlərlə bunu idarə etmək olar. Regionlarda isə qar daha çox olur, ona görə də orada yaşayan sürücülərə qış təkərlərindən istifadə etməyi məsləhət görürəm".
Mütəxəssis qış təkərlərinin qiymətindən də danışıb:
"Qiymətlər çox fərqlidir, modelə, markaya, ölçüyə görə dəyişir. Məsələn, təkərin biri 50-75 manatdan başlayır və 500-1000 manata qədər dəyişir. Alman, italyan təkərləri daha bahalıdır. Çin, türk təkərləri isə nisbətən ucuzdur. Elə maşınlar var ki, onların ölçüsü balacadır deyə təkərlər ucuz olur, yaxud bəzi modellərdə diskin diametri böyük olduğu üçün ölçü də böyük olur və bu da qiymətə təsir edir" (redaktor.az).
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır











