Vətən müharibəsi qazisi Elçin Ələkbərova yardım olunacaq - FOTO

Bakı şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə, baş idarənin Rayon Gənclər və İdman idarələri ilə iş və kadrlar sektorunun müdiri Gündüz Vəliyev, Boccia İdman Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Kazımova, Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə, Boccia İF assistenti Nərgiz Kərimova dekabr ayının 27-də Qazi İlkin Ələkbərovu ziyarət etmişdilər.
İlkin Ələkbərov oktyabrın 4-də Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. Snayperdən açılan mərmi nəticəsində başının sol hissəsi yaralanmış İlkinin bədənində çoxsaylı qəlpələr var.
Qazimizin atası Elçin Ələkbərov da I qrup əlil olub. O, Birinci Qarabağ müharibəsində iştirak edib və ağır yaralanıb. Qazimizin hər iki valideyni vəfat edib. Əslən Neftçala rayonundan olan İlkin Ələkbərov hazırda özündən yaşca kiçik olan iki qardaşı ilə birgə Salyan rayonunda xalasının himayəsində yaşayır.
Qeyd edək ki, İlkin Ələkbərov 22 yaşındadır. O, Rabitə və Nəqliyyat kollecini bitirib. O, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Bildirilib ki, İlkin Ələkbərov uşaqlıqdan Neftçala rayonunda yaşayıb. Qazimizin Atası Elçin Ələkbərov 2007-ci ildə ev üçün Neftçala rayon icra hakimiyyətinə dəfələrlə müraciət edib, lakin bir nəticəsi olmayıb.
2020-ci il 5 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Mirhəsən Seyidov icra başçısı təyin edildikdən sonra yenidən müraciət olunub və biz inanırıq ki, müraciətimizə baxılacaq.
Həmçinin, İlkinin xalası və yoldaşı tərəfindən Salyan rayon İcra Hakimiyyətinə də müraciət olunub. İcra Hakimiyyətinin əməkdaşları gəlib İlkinlə maraqlanıblar. Sadəcə olaraq ev məsələsinin bir daha gözdən keçirilməsi xahiş olunub.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










