Vətən müharibəsində Gürcüstan əsilli 14 hərbi qulluqçumuz şəhid olub

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan hərbçilərimizin 14-ü Gürcüstan əsillidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan videokonfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstan azərbaycanlılarının Vətən sevgisi və fədakarlığının yeni bariz nümunəsidir: “Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm. Səfirlik Gürcüstanda şəhidlərimizin anım mərasimlərinin təşkili, qohumlarının Azərbaycana getməsinə dəstək göstərib. Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları bölgələrindəki məscidlərdə şəhidlərimizin əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub”.
F.Quliyev deyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda azadlıq müharibəsinə başladığı ilk günlərdən Gürcüstandakı soydaşlarımız dəstək və həmrəylik nümayiş etdiriblər: “Gürcüstanda Azərbaycana bir sıra dəstək aksiyaları keçirildi, azərbaycanlıların təmsil olunduqları təşkilatlar Gürcüstanın dövlət qurumları və beynəlxalq təşkilatlara birgə müraciətlər ünvanladılar. Soydaşlarımız həmçinin Azərbaycana humanitar yardımlar göndəriblər və Azərbaycan Ordusuna Yardım Fonduna pul vəsaitləri köçürüblər”.
Qeyd edək ki, diplomatik nümayəndəliyin təşəbbüsü ilə onlayn formatda keçirilən tədbirdə Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə, Gürcüstandakı azərbaycanlı icmasının nümayəndələri, iş adamları, din xadimləri, gənclər və ziyalılar da iştirak edirlər.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












