Vətən müharibəsində iki dəfə ölümdən qurtuldum - Elşad İsmayılov - FOTO

1977 ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuşam. Azərbaycan Texniki Universitetini bitirmişəm. 104 saylı Gədəbəy Tovuz seçki dairəsində baş məsləhətçisi, Gədəbəy rayon icra hakimiyyəti başçısının köməkçisi və Milli Məclisinin deputatı Arzu Nağıyevin köməkçisi vəzifələrində işləmişəm. Ailəliyəm, 3 övladım var.
Vətən müharibəsində qələbəmizi əldə etdiyimiz günə kimi Kəlbəcərdə, Murovdağda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və sığınacaqlarının məhv edilməsində birbaşa iştirak etmişəm.
Avtosfer.az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyevin köməkçisi, ikinci Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Elşad İsmayılov bildirib. Onun sözlərinə görə, o, Vətən müharibəsinə könüllü olaraq qatılıb: "Sentyabr ayının 21-dən hərbi təlimlərə qatılmışam. Döyüşlərin ilk gününün səhər saatlarında artıq Murovdağdan Kəlbəcər istiqamətində döyüşmüşük. Qələbə gününə kimi xidmət etdiyim artilleriya divizionunda düşmənin bir çox canlı qüvvəsi, hərbi texnikası və sığınacaqlarının məhv edilməsində birbaşa iştirak etmişəm.
Orada hər bir kəs qələbə nəticəsini əldə etmək üçün əlindən gələni edib. Batareyamız bütün verilən hədəfləri vaxtında və dəqiq zərbələrə dağmadağın edib. Nəhayət, 10 noyabr Ermənistanın kapitulyasiyasından sonra Cənab Prezidentin sərəncamına əsasən, 24 dekabrda tərxis olunmuşam".
E.İsmayılov qeyd edib ki, 44 günlük müharibədə o, iki dəfə ölümdən qurtulub:
"Döyüşlər zamanı insan canını deyil, vətəni düşünür. Yalnız bir amal üçün döyüşürsən, qalan şeylər ikinci planda olur. Yadımdadır ki, iki dəfə ölümdən qurtulmuşam, hər ikisində də döyüş yoldaşıma borcluyam. Belə ki, döyüş tapşırığını yerinə yetirən zaman, hərbçi yoldaşım məni çağırırdı və təcili onun yanına gəlməyimi xahiş etdi. Onun yanına getdim və üzərindən 10 saniyə keçmişdi ki, mən olduğum əraziyə düşmən mərmisi düşdü. Bu hal iki dəfə baş verib və xoşbəxtlikdən hər ikisində də salamat qalmışam".
Baş leytenant sonda başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına öz təşəkkürünü bildirib. O qeyd edib ki, hərbçilərimizin əldə etdiyi nailiyyətlərdə Prezident İlham Əliyevin töhfəsi var.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










