Vətən müharibəsində şəhid olan mədəniyyət işçiləri - Video

Mədəniyyət Nazirliyi Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçiləri ilə bağlı məlumat yayıb.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında yeddi nəfər mədəniyyət işçisi də var.
Onların hər biri ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunublar:
Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev;
Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev;
Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov;
Göyçay şəhər Uşaq musiqi məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov;
Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov;
Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov;
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR












