Vətən müharibəsində yaralanmış qazinin ailəsinə maddi yardım veriləcək - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış Tərlan Kərimduxtun ailəsinin sosial vəziyyətini öyrənir.
Bu barədə Nazirliyin mətbuat katibi Fazil Talıbov məlumat verib.
O bildirib ki, Sumqayıtda yaşayan beş nəfərlik (qazi özü, baba və nənəsi, valideynləri və qardaşı) ailədə Tərlanın babası və nənəsi pensiyaçıdır. Yaxın günlərdə Tərlanın əlilliyi qiymətləndiriləcək, əlillik təyin edildikdə, o da hər ay təqaüd və müavinət alacaq.
Onun atası Elçin Kərimduxtun əlilliyə görə müavinətlə təmin edildiyi məlumat verilib. Lakin işləmək istədiyi üçün Məşğulluq Mərkəzinə dəvət olunaraq vakansiyalarla tanış edilib. O, şirkətlərdən birində olan maşinist vakansiyasını seçib, həmin vakansiya üzrə də müsahibədən keçib işlə təmin olunacaq.
21 yaşlı Elvinin qardaşı Tərlanın səhhətinə görə hələ ki, işləmək istəmədiyi bildirilib. Lakin istədiyi vaxt onun məşğulluğu üçün iş aparılacaq.
Qeyd edilib ki, ailə özünüməşğulluq proqramına cəlb edilə biləcəkləri barədə təklifləri də dəyərləndirəcək. Əgər istəsələr, onlara bu proqram əsasında kiçik müəssisələrini yaratmaq üçün növbədənkənar və qısa müddətdə aktivlər veriləcək.
Eyni zamanda, ailəyə birdəfəlik maddi yardım da veriləcək.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












