Vətən müharibəsinin arxa cəbhə fəalı Sabit Məmmədov mükafatlandırıldı - FOTO

Hədəf Şirkətlər Qrupu arxa cəbhənin bir sıra ictimai fəalını o cümlədən, iş adamı, "Admedia" reklam agentliyinin rəhbəri Sabit Məmmədovu “Xarıbülbül” simvolik heykəli ilə təltif edib.
Şirkətin rəhbəri Şəmil Sadiqin sözlərinə görə, “Xarıbülbül” simvolik heykəli müharibə vaxtı arxa cəbhədə dəstək çağırışları edib orduya sovqat götürənlər, iş adamları, informasiya cəbhəsində uğurla çalışan jurnalistlər və ictimai fəallara təqdim edilir.
Həmçinin, təltif edilən 102 (cümhuriyyətin 102 illiyinə əsasən) arxa cəbhə fəalı arasında Jalə Həsənli (İTV-nın aparıcısı), Ərtoğrul Kamal (aktyor, sosial fəal), Nura Suri (müğənni), Faiq Ağayev (müğənni), Ehtiram Quliyev (iş adamı), Bəxtiyar Hacıyev (ictimai fəal), Haldun Novruzzadə (ictimai fəal), Orxan Zeynallı (reper, ictimai fəal), İxtiyar Hüseynov (“Azərbaycan qəzeti”nin redaktoru), Həbib Müntəzir (bloger), Rəşad Süleymanov (hərbi ekspert, jurnalist – ölümündən sonra), Emin Tarverdiyev (iş adamı, ictimai fəal) və Qələbəyə Dəstək Hərəkatının üzvləri ilə yanaşı, xaricdə fəaliyyət göstərən Şahnaz Kamal (Sankt-Peterburq, dilçi), Maksim Şevçenko (Rusiyalı jurnalist), Fulya Öztürk – (CNN TÜRK kanalının müxbiri) və Ruslan Rəhimovun (Anadolu Ajans İnformasiya Agentliyinin Azərbaycan üzrə müxbiri) da adı var.
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR











