Yaponiya Rusiyaya avtomobil ixracını 45%-dən çox artırıb

Bu ilin oktyabr ayında Yaponiyadan Rusiyaya minik avtomobillərinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 45,8 faiz artıb.
Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlara görə, avtomobillərdən əlavə, Rusiyaya ehtiyat hissələrinin ixracında da artım qeydə alınıb. Ötən ay tədarükdə 27 faiz artım olub.
Bir həftə əvvəl Yaponiya Rusiyaya ixracla bağlı məhdudiyyətləri yumşaldaraq, yüngül hibrid mühərrikli avtomobillərin ixracına icazə verib. Yəni, indi Yaponiya hərraclarında “Honda”, “Suzuki”, “Mazda”, “Mitsubishi”, “Nissan”, eləcə də “Mercedes-Benz” və “Audi” avtomobillərinin bir qismini almaq mümkündür.
Eyni zamanda, Yaponiya hakimiyyətinin Moskvaya qarşı sanksiyaları ləğv etmədiyi, sadəcə bəzi məqamları dəqiqləşdirdiyi bildirilir.
(banker.az)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












