Yenidən propqramlanan oğurluq avtomobillərin Azərbaycana satılması mümkündürmü?

Fransa polisinin Bordoda keçirdiyi əməliyyatda 11 nəfər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, saxlanan şəxslər kütləvi avtomobil oğurluğunda ittiham edilirlər. Polis bildirir ki, onlar elektron piratlıq yolu ilə mərkəzi kilidin və avtomobilin açarının tezliyini müəyyən edirlər. bundan sonra avtomobilin qapısını açmaq asanlaşır.
Salona daxil olduqdan sonra isə oğrular hər hansı açara yeni proqram yazaraq maşını işə salırlar. Bundan sonra isə avtomobil yenidən sənədləşdirilərək başqa ölkəyə satılır. Oğrular bu yolla azı 30 maşını ələ keçirib satıblar. Onların ələ keçməsinin bir səbəbi də Fransada oğurladıqları avtomobilləri elə yerində satmaq niyyəti olub. Məlumat bazasındakı göstəricilərin toqquşması polisdə şübhə yaradıb.
Maraqlı budur ki, piratlıq üçün istifadə edilən texniki vasitələr qanuni olaraq satışdadır. Onları hətta İnternetdən də sifariş etmək mümkündür.
Polis reydi zamanı Fransa, Belçika və Almaniyaya aid avtomobil sənədləri aşkar edilib.
Bizi bir sual da maraqlandırır: görəsən bu oğurluq maşınlıar Azərbaycana gəlib çıxa bilərmi?
Vüqar Yaşaroğlu
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?











