Bakıda COP29 Gənc Liderlik Forumu keçirilib
Bakıda təşkil olunan COP29 çərçivəsində COP29 Gənc Liderlik Forumu keçirilib.
Avtosfer.az xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi Konfransının Gənc Danışıqçılar Akademiyasının (YNA) həyata keçirdiyi beynəlxalq münasibətlər, mətbuat, lobbiçilik və s. kimi müxtəlif sahələrdə çalışan iqlim lideri gənclər bir araya gəlib.
Qeyd olunub ki, iqlim dəyişikliyi haqqında fikir mübadiləsi nəsillərarası əlaqəni həll etmək və qlobal iqlim siyasətini formalaşdırmaq məqsədi daşıyır.
Forum çərçivəsində gənclərin öz səslərini harada, necə və hansı şəkildə eşitdirə biləcəyi və cəsarətli iqlim fəaliyyətində onların iştirakı kimi məsələlərə toxunulub.
YNA-nın vəkillik lideri Çarli Bevis bildirib ki, gənclər iqlim böhranı ilə maraqlanır və təşkilat üçüncü ildir, COP-da iştirak edir.
Fələstin Gəncləri İqlim Danışıqlarının rəhbəri Məhəmməd Usrof deyib ki, gənclər COP-29-a ətraf mühitə, eyni zamanda insanlara zərər vuran qanunsuz fəaliyyətlərdən danışmaq üçün qatılıblar:
"Yaxın Şərqdə hədsiz dağıntılar baş verir. Gənclər Akademiyasının UNFCCC və COP29-da əsas vəzifəsi insanlara çağırış edərək ətraf mühitə vurulan zərərləri azaltmağa cəlb etməkdir".