"Seliverstov"un daha bir fırıldağı: 3 avtomobili rüşvət verib ƏVƏZİNDƏ...

Azərbaycanda özünü beynəlxalq hüquq müdafiəçisi, xarici şirkət nümayəndəsi, investor və “təmənnasız xeyriyyəçi” kimi təqdim edən “David Seliverstov”un əsl siması tam şəkildə ifşa olunub.
Avtosfer.az xəbər verir ki, Musavat.com-un apardığı araşdırmalar və hüquq-mühafizə dairələrinin üzə çıxardığı faktlar göstərir ki, bu ad altında gizlənən şəxs əslində əvvəllər dələduzluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, sənəd saxtalaşdırma, saxta sənədlərdən istifadə etmə və digər cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Kazım Elşən oğlu Abbasovdur. Üzə çıxan növbəti fakt "David Seliverstov"un səhiyyə sistemində yüksək vəzifələr vəd edərək külli miqdarda pul mənimsəmə əməliyyatına hazırlaşdırığı qənaətini formalaşdırır.
Özünü uydurma adla təqdim edən "David Seliverstov" - Kazım Abbasov kriminal keçmişə sahibdir. O, əvvəllər dələduzluq (özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə mənimsəmə), narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər ağır cinayətlər törətdiyinə görə müxtəlif illərdə 4 dəfə məhkumluq həyatı yaşayıb.
Cəzalarını çəkib çıxdıqdan sonra isə o, cəmiyyətə özünü “xarici investor və xeyriyyəçi David Seliverstov” kimi tanıdıb, insanları aldatmaq üçün daha mürəkkəb fırıldaqçılıq sxemləri qurub.
İddialara görə, Kazım Abbasov özünü Əşrəf adlı həkimlə "David Seliverstov" olaraq təqdim etməklə təmasa keçib, onu Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutuna direktor müavini vəzifəsinə (konkret olaraq Royal adlı şəxsin yerinə) təyin etdirəcəyi vədi ilə həkimdən külli miqdarda pul alıb.
Dələduz bununla da kifayətlənməyərək həmin həkimdə inam yaratmaq və gələcəkdə ondan daha böyük məbləğlər qoparmaq üçün yeni plan hazırlayıb. O, Əşrəfə söz verib ki, bu təyinatdan sonra onu daha yüksək postlara – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (TƏBİB) rəhbərliyinə, TƏBİB sədrinin müavini və ya direktor vəzifəsinə gətirəcək.
İnstitut rəhbərliyinin etibarını qazanmaq və Əşrəf kimi qurbanların gözündə “nüfuzlu şəxs” imici yaratmaq üçün “David Seliverstov” institutla əməkdaşlıq çərçivəsində bir memorandum və müqavilə sənədləri hazırlayıb. O, 2026-cı ilin iyununda institut rəhbərliyi ilə görüş keçirərək iddia edib ki, Azərbaycanda təmsilçisi olduğu Qlobal Həmrəylik Şurası instituta Həkimlərin peşə günü münasibətilə əvəzsiz olaraq 3 ədəd xidməti avtomobil əvəzsiz olaraq istifadəyə verir.
Diqqətçəkən məqam odur ki, bu görüşlərdə və sənədləşmədə onun yanında Azərbaycanda bizneslə məşğul olan və “David Seliverstov”un təqdim etdiyi xarici şirkətə heç bir aidiyyəti olmayan Roman adlı şəxs də iştirak edib. Həmin görüş və avtomobillərin təqdim olunma anı TikTok platformasında və müxtəlif mətbuat orqanlarında tirajlanıb.
Lakin məsələnin pərdəarxası tamam başqa olub. “David Seliverstov” Əşrəf həkimdən aldığı pullar hesabına adının çəkilməsini istəməyən lizinq şirkətlərindən birindən öz adına 3 ədəd “Changan” markalı sedan avtomobili alıb.
Avtomobilləri lizinqə salaraq aylıq ödəniş şərti ilə götürüb və onları təmtəraqla görkəmli ictimai-siyasi və dövlət xadimi Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutuna “hədiyyə” kimi təqdim edib. Bütün bu maxinasiyanın əsas məqsədi TikTok və mətbuat vasitəsilə ictimaiyyətdə və aldatdığı şəxslərdə inam yaratmaq, gələcəkdə daha böyük məbləğlər mənimsəmək olub.
Məsələnin maraqlı tərəfi də budur ki, bütün bunlar "David Seliverstov"la bir ofisdə oturan Milli Məclis deputatı, özü və həyat yoldaşı həkim olan Anatoli Rafailovun gözü qarşısında baş verib. Görəsən bu hadisələrə deputat nə deyir?
Ola bilməz ki, onun bu işlərdən xəbəri olmamış olsun.

Hüquq müdafiəçilərinin və mətbuatın apardığı araşdırmalar nəticəsində avqustun 4-də “David Seliverstov”un əslində 4 dəfə məhkum olunmuş dələduz Kazım Abbasov olduğu ifşa olunub. Avqustun 4-dən 5-nə keçən gecə fırıldaqçı tutulacağını anlayaraq təcili şəkildə Azərbaycanı tərk edib, ölkədən qaçıb.
Ölkədən qaçdıqdan sonra lizinq ödənişləri dayandığı üçün həmin lizinq şirkəti hüquqi müstəvidə addımlar ataraq təqdim olunmuş 3 ədəd “Changan” markalı avtomobili Həkimlərin Təkmilləşdirmə İnstitutundan geri götürüb.
Məsələdə vacib məqamlardan biri odur ki, Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun baş verənlərdə heç bir təqsiri yoxdur. Qurum rəhbərliyi özünü xeyriyyəçi kimi qələmə verən şəxsin dövlət müəssisəsinə təmənnasız avtomobil bağışlamq təşəbbüsünü müsbət qarşılayıb və müqavilə bağlayıb. Çirkin vəzifə alveri və fırıldaqçılıq sxemi yalnız şəxs ölkədən qaçdıqdan sonra aydınlaşıb.
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, cənab Prezident İlham Əliyevin babası Əziz Əliyevin adını daşıyan nüfuzlu bir səhiyyə və təhsil ocağının belə bir dəfələrlə məhkum olunmuş cinayətkar tərəfindən aldadılması onun nə dərəcədə həddini aşdığını göstərir.
Hazırda ölkədən qaçan “David Seliverstov”- Kazım Abbasovla bağlı araşdırmalar aparılır. Onun məsuliyyətə cəlb olunması yönündə hüquqi proseslər davam edir.
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı












