Banner

Vergi və gömrük Maliyyə Nazirliyinə tabe OLACAQ?

Xəbərlər 6 Noyabr 2026 20:19
Vergi və gömrük Maliyyə Nazirliyinə tabe OLACAQ?
WhatsApp kanalımıza abunə olun

Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqini Maliyyə Nazirliyi həyata keçirəcək. Bir çox ölkələrdə gömrük və vergi xidmətləri Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycanda da sovet dövründə vergi xidməti bu nazirliyin tərkibində olub, sonradan müstəqil quruma çevrilib.

Gələcəkdə Azərbaycanda da gömrük və vergi xidmətlərinin Maliyyə Nazirliyinin tabeliyinə verilməsi gözlənilirmi? ABŞ başda olmaqla bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunan bu idarəetmə modeli nə dərəcədə effektivdir və onun Azərbaycanda tətbiqi məqsədəuyğun olarmı?

Avtosfer.az xəbər verir ki, Demokrat.az-a bu barədə danışan iqtisadçı Natiq Cəfərli söyləyib ki, Azərbaycanda bu tipli struktur dəyişiklikləri çox olub.

 

Vergi və gömrük Maliyyə Nazirliyinə tabe olacaq?

 

Onun sözlərinə görə, ilk növbədə, ölkədə səhm bazarını normal fəaliyyət göstərə biləcək vəziyyətə gətirmək lazımdır:

"Dövlətin və vətəndaşların əlində olan səhmlərin qiymətləndirilməsi, dividendlərin ödənilməsi, səhmlərin alqı-satqısının intensivliyi və birjanın fəaliyyəti – bütün bunların canlandırılmasına ehtiyac var. Ona görə də ilkin olaraq bu addımların atılması daha məntiqli olardı. Əgər dövlətin əlində olan səhmlər üzrə dividendlərin hesablanması və onlara nəzarət Maliyyə Nazirliyinə verilirsə, bununla bağlı, çox güman ki, ayrıca əsasnamə də hazırlanacaq".

Natiq Cəfərli əlavə edib ki, eyni zamanda, bu günə qədər dövlətin əlində olan şirkət səhmlərinin nə dərəcədə rentabelli olduğu, nə qədər dividend gətirdiyi təhlil edilməlidir:

"Əgər dividend gətirmirsə, bunun səbəbləri, qazanc imkanlarının və fürsətlərinin niyə məhdud olduğu araşdırılmalıdır. Bütün bunlar ciddi şəkildə təhlil olunmalıdır".

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh