Banner

Azərbaycanda 4 000 manata avtomobillər satışa ÇIXARILIR

Avtoxəbər 6 Noyabr 2026 22:08
Azərbaycanda 4 000 manata avtomobillər satışa ÇIXARILIR
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda dövlət qurumlarına məxsus 5 avtomobil və bir dəst avadanlıq 15 dekabr 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq.

Avtosfer.az xəbər verir ki, avtomobillərin başlanğıc qiymətləri 4 000–14 000 manat arasında dəyişir.

Hərraca “Hyundai Sonata”, “Hyundai Tucson”, “Toyota Land Cruiser Prado”, “JMC” və “Hyundai Galloper” markalı nəqliyyat vasitələri çıxarılır.

Bundan əlavə, Maliyyə Nazirliyinə məxsus soyutma və havalandırma avadanlıqları 5 500 manat başlanğıc qiymətlə satışa təqdim edilir.

Qeyd edək ki, avtomobillər ikinci dəfə təkrar hərraca çıxarılır. İştirak üçün başlanğıc qiymətin 10%-i həcmində beh ödənilməlidir.

Hərraca çıxarılan avtomobillərin siyahısı

№ Avtomobil Buraxılış ili Start qiyməti Beh
1 Hyundai Sonata 2009 8 200 ₼ 820 ₼
2 Hyundai Tucson 2007 8 000 ₼ 800 ₼
3 Toyota Land Cruiser Prado 2007 14 000 ₼ 1 400 ₼
4 JMC (yük) 2008 8 000 ₼ 800 ₼
5 Hyundai Galloper 1997 4 000 ₼ 400 ₼
Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh