Banner

Bakı-Qazax yolunda qəza: Avtomobil aşdı - VİDEO

Qəzalar 6 Noyabr 2026 19:17
Bakı-Qazax yolunda qəza: Avtomobil aşdı  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M2) 70-ci kilometrlik hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, qəza nəticəsində VAZ markalı nəqliyyat vasitəsi aşıb.

Hadisə bu gün saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində qeydə alınıb.

Avtoqəza zamanı Emin Səmədağa oğlu Ağakişiyevin idarə etdiyi 10-LA-509 dövlət nömrə nişanlı LADA markalı avtomobil Elsəvər Əlipaşa oğlu Sultanovun idarə etdiyi 90-CV-139 dövlət nömrə nişanlı "Mercedes"lə toqquşub.

İlkin məlumata görə, LADA öz hərəkət istiqamətində hərəkət edərkən "Mercedes" markalı avtomobilin sürücüsü ara məsafəsini gözləməyib və nəticədə qəza baş verib.

Hadisə nəticəsində LADA-nın sürücüsü Emin Ağakişiyev yüngül xəsarət alıb.

 

 

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh