Yeni Günəşlidə dayanacaq problemi: Sakinlər çətinlik çəkir

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin D yaşayış massivindəki 27, 28 və 29 saylı binaların sakinləri ictimai nəqliyyatla bağlı çətinliklə üzləşiblər.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Sakinlər qəsəbədən şəhər mərkəzi istiqamətinə hərəkət edən avtobuslara minmək üçün kilometrlərlə piyada yol getməli olduqlarını bildirirlər.
Onların sözlərinə görə, xüsusən də Abbas Fətullayev küçəsindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dayanacağa çatmaq istəyən sərnişinlər ciddi təhlükə ilə üzləşirlər. Belə ki, həmin ərazidə yolun qarşı tərəfinə keçmək üçün təhlükəsiz şərait yoxdur.
Yolun haçalandığını və avtomobil sıxlığının olduğunu bildirən sakinlər xüsusilə axşam saatlarında yolu keçməyin təhlükəsini vurğulayıblar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, əraziyə baxış keçiriləcək və təhlillər aparılacaq.
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı












