Banner

Abşeronda avtobusda təhlükəli anlar: Sərnişinlər təxliyə edildilər - VİDEO

Xəbərlər 6 Noyabr 2026 20:35
Abşeronda avtobusda təhlükəli anlar: Sərnişinlər təxliyə edildilər  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunda 567 nömrəli sərnişin avtobusunda tüstülənmə baş verib.

Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım olunub.

Sürücü avtobusu saxlayaraq sərnişinlərin təhlükəsiz şəkildə təxliyəsini təmin edib. Bildirilib ki, sözügedən marşrut üzrə belə hadisələr bir neçə dəfə də baş verib.

Qeyd edək ki, 567 nömrəli müntəzəm marşrut xətti Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə Qobu qəsəbəsi istiqamətində hərəkət edir.

Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh