Banner

Saatda 503 kilometr: Çin hiperkarından tarixi rekord - VİDEO

Avtoxəbər 6 Noyabr 2026 22:22
Saatda 503 kilometr: Çin hiperkarından tarixi rekord  - VİDEO
WhatsApp kanalımıza abunə olun

BYD-nin "Yangwang U9 Xtreme" hiperkarı Əbu-Dabidə keçirilən yarış zamanı 503.17 km/saata qədər sürət yığaraq, seriya avtomobilləri arasında sürət rekordu qırıb.

Avtosfer.az bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, "Yangwang U9 Xtreme" tarixdə 500 km/saat sürət həddini keçən ilk seriya avtomobili olub. Noyabrın 1-də göstərilən nəticə FIA tərəfindən tanınıb.

Qeyd edək ki, sükan arxasında alman sürücü Mark Bassenq olub. Əvvəlki rekord 496.22 km/saat təşkil edib ki, onu da elə eyni hiperkar 2025-ci ilin sentyabrında Almaniyada müəyyən edib.

Rekord əldə etmək cəhdi iki gün ərzində baş tutub. Yarış üçün yolun 10 kilometrlik hissəsi bağlanıb, düz hissəsi isə 7 kilometr uzunluğunda olub. Oktyabrın 31-də ilk cəhdlərdən sonra avtomobil saatda 490 km-ə (300 mil) qədər sürət yığıb, mühəndislər aerodinamikanı, asma parametrlərini və təkərlərə olan təzyiqi tənzimləyiblər. Növbəti gün ikinci sınaq zamanı rekord nəticə əldə edilib.

"Yangwang U9 Xtreme" avtomobili Çinin BYD şirkətinin premial brendindən olan elektrik hiperkardır. Avtomobil ümumi gücü 3 000 at qüvvəsindən çox olan dörd elektrik mühərriki ilə təchiz olunub. Əbu-Dabidəki rekord modelin 2026-cı ildəki ikinci böyük nailiyyəti olub: daha əvvəl "U9 Xtreme" "Nordşlyayfe" trasında seriya elektrik avtomobilləri sırasında rekord müəyyən edib və dövrəni 6 dəqiqə 59.157 saniyəyə vurub.

Oxunub : 86
ŞƏRH YAZ
Ad

E-mail

Şərh