COP29-la bağlı bəzi küçələrdə hərəkət istiqaməti dəyişdiriləcək

COP29 konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinqə COP29 avtomobil və avtobuslarla yanaşı, həmçinin təcili tibbi yardım maşınları, eləcə də yanğınsöndürmə maşınları cəlb ediləcək.
Qeyd edək ki, monitorinqlərin aparılması məqsədilə şəhərin bəzi küçələrində nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Bu barədə daha ətraflı məlumat yaxın günlərdə açıqlanacaq.
Bundan əlavə, 26 və 27 oktyabr tarixlərində əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın küçə və prospektlərində COP29-a məxsus avtobusların da monitorinqi baş tutacaq.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











