"07"nin üstünə elektrik naqili düşdü; ər-arvad öldü

Hacıqabul rayonunda ər-arvad bədbəxt hadisə nəticəsində ölüb. Avtosfer.az-ın verdiyi xəbərə görə, Pirsaat qəsəbəsi ərazisində elektrik naqillər qırılaraq 50 BE 777 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin üstünə düşüb. Avtomobilin sürücüsü 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu avtomobildən düşüb naqili kənara çəkərkən cərəyan onu vurub öldürüb. Bu zaman cərəyan maşında olan sürücünün yoldaşı 1960-cı il təvəllüdlü Seyranə Abdullayevanı da vurub və avtomobildə yanğın başlayıb. Nəticədə, qadın avtomobildə yanaraq ölüb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsönsürənləri yanğını söndürüblər və ərazidə təhlükəsizlik tədbirləri görüblər. Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonunda ər-arvadın bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonu, Pirsaat qəsəbəsində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin üzərinə yüksək gərginlikli elektrik xəttinin düşməsi nəticəsində yanğın hadisəsi baş verib. Nəticədə avtomobilin yanar hissələri yanmış və avtomobildə olan sürücü 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu və sərnişin 1960-cı il təvəllüdlü Abdullayeva Seyranə Əli qızı yanıq xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












