10 azərbaycanlı tələbə Kiyevdən çıxarılıb

Bir neçə gündür Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında çətin vəziyyətdə qalan 9 azərbaycanlı tələbə Ukrayna paytaxtını tərk edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Avtosfer.az-a verilən xəbərə görə, onların sıralarına daha bir tələbə soydaşımız qoşulub və qatarla Kiyevdən daha təhlükəsiz istiqamətə yola düşüblər. Diasporla İş üzrə Dövlət Komitəsi bildirib ki, tələbələrlə daimi əlaqədədir, onların valideynlərindən və yaxınlarından narahat olmamağı xahiş edir. Tələbələr uyğun şərait yaranan kimi Ukrayna ilə həmsərhəd olan ölkələrdən birinin ərazisinə keçiriləcək və oradan Azərbaycana təxliyə olunacaqlar. Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












