10 şəhid övladının özəl məktəbdə təhsili pulsuz olacaq

“YAŞAT” Fondu tərəfindən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək göstəriləcək.
Fonddan verilən məlumata görə, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.
“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində ilkin olaraq “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə 10 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.
Müraciətlər 8110 Çağrı mərkəzi vasitəsilə bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.
Fonddan o da bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 10 nəfər yaralanan şəxsin övladı üçün təhsil mərkəzi tərəfindən 50% güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.
Son müraciət tarixi aprelin 30-dur.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











