"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"

"İlk dəfə 1996 və ya 1998-ci ildə konsert verdim. Çox stress keçirdim. Stresdən elə şişmişdim ki, tanınmaz halda idim. Ondan sonra dedim ki, artıq konsert verməyəcəyəm".
Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Zarafat bir yana" verilişində deyib. İfaçı uzun müddətdir konsert verməməsinə aydınlıq gətirib:
"İlk konsertimdən bir gün əvvəl qohumum mənə reklam məqsədilə bahalı bir qolbaq verdi. Sonradan bildim ki, onun qiyməti təxminən 100 min dollar imiş. Konsertdən əvvəl bir də gördüm ki, qolumda yoxdur. Düşüb, amma xəbərim olmayıb. Ürəyimdə dedim ki, bu mənə lazım idi? Gənc müğənni idim. Fikirləşirdim ki, belə vəziyyətdə necə konsert verəcəyəm? O vaxt bu, çox böyük pul idi. Düşünürdüm ki, bunun pulunu necə ödəyəcəyəm. Oturub ağladım. Artıq qohumlarım da bir-birinə deyirdilər ki, Mətanət bahalı qolbaq itirib. Konsertin ikinci hissəsində birdən gördüm ki, qolbağı göstərirlər və deyirlər ki, tapılıb. Kamança çalan qız tapıb vermişdi. Ondan sonra stresdən yenə elə şişdim ki, tanınmaz halda oldum. Nəhayət, keçən il yenidən konsert verdim".
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












