2-ci dozadan 6 ay keçməyən vətəndaşlara güzəşt olunacaq?

Nazirlər Kabinetinin qərarına əsasən, 2-ci doza peyvənd olunma tarixindən 6 ay keçmiş şəxslərin pasportu 15 fevraldan etibarən etibarsız sayılır. Lakin 2-ci dozadan 6 ay keçməyən vətəndaşların covid-pasportunda da etibarlılıq müddətinin 15 fevral tarixində bitdiyi göstərilir.
Axar.az xəbər verir ki, bu səbəbdən həmin vətəndaşlar iaşə obyektlərinə buraxılmırlar.
Vətəndaşlar bildirirlər ki, 2-ci doza vaksinin 6 ayı tamam olmadığına görə tibb müəssislələri buster dozanı vurmur. Həmin vətəndaşlara həmçinin portal üzərindən vaksin növbəsi də verilmir.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış saytımıza açıqlamasında bildirib ki, 2-ci dozadan 5 ay keçəndən sonra vətəndaş buster doza vurdura bilər:
“Qərarı Nazirlər Kabineti verir. TƏBİB icra edir. Cərimələrlə bağlı məsələlərə isə Daxili İşlər Nazirliyi baxır. Bu mövzuda vətəndaşlara güzəşt olunub-olunmayacağı da DİN-dən asılıdır”.
DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza bildirib ki, DİN Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərarlara əsasən, karantin rejimi qaydalarına uyğun tədbirləri icra edir:
“NK-nın bununla bağlı qərarı çərçivəsində tədbirlər icra olunur. Həmin qərarda xüsusi karantin dövrünün fevralın 15-dən sonra hansı hallarda və hansı formada tətbiqi konkret göstərilib”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












