"20 Yanvar"dakı taksilər vahid bir yerə cəmləşdirilə bilərmi? - SORĞU

Rayonlara sərnişindaşıma ilə məşğul olan taksilər paytaxtın müxtəlif yerlərində, o cümlədən "20 Yanvar" dairəsi ətrafında və 3-cü mikrorayon dairəsində sıxlığa səbəb olur.
Bəs həmin taksilər vahid bir əraziyə cəmləşdirilə bilərmi?
Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazilərdə dayanan taksilər qeyri-qanuni fəaliyyətlə məşğuldurlar.
"Dövlət Avtomobil Nəqliyyatı Xidməti müntəzəm və qeyri-müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən sərnişindaşıma xidmətinə nəzarəti təmin edir. Qurum fərqlənmə nişanı almaqla sərnişindaşıma üzrə xidmət göstərən hüquqi şəxslər və ya fərdi sahibkarların fəaliyyətinə nəzarəti həyata keçirir, marşrut sxemi, istiqaməti, hərəkət cədvəlini müəyyən edir. Həmin ərazilərdə sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri fərqlənmə nişanı almadan, qeyri-qanuni olaraq fəaliyyət göstərirlər. Dövlət Yol Polisi ilə birlikdə qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinə qarşı nəzarət tədbirləri aparılır. Belə ki, nəzarətin gücləndirilməsinə səbəb sərnişinlərin həyat və sağlamlığının qorunması, təhlükəsizliyin təmin edilməsi və qəza hallarını minimuma endirməkdir. Nəinki paytaxtda, Respublikanın digər regionlarında da maarifləndirici tədbirlər hayata keçirilir. Dayanacaqların quraşdırılması isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həyata keçirilmir" - deyə, məlumatda qeyd olunub.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, "20 Yanvar" dairəsi ətrafında taksi duracaqları var. Taksilər həmin yerlərdə dayanıb xidmət edə bilərlər.
"Amma bir məsələ var ki, həmin taksilərin hamısı qeyri-qanuni şəkildə fəaliyyət göstərirlər. Qeyri-qanuni taksi fəaliyyətinə nəzarət etmək də bizim səlahiyyətimizə aid deyil. Bizi də bu məsələ ciddi narahat edir. Çünki o cür taksilərin metronun "20 Yanvar" və digər stansiyalarının ətrafında xaotik vəziyyətdə dayanması həm ictimai nəqliyyata, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur" - deyə o qeyd edib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli isə Trend-ə bildirib ki, paytaxtın əsasən “20 yanvar” və "Şamaxinka" kimi tanıdığımız ərazilərində qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan və bu fəaliyyət növü ilə məşğul olarkən hərəkətin nizamını pozan şəxslərə münasibətdə əraziyə daimi naryadlar təhkim etməklə ümumi vəziyyətə gündəlik nəzarət edilir.
"Ərazidə polis olmasa, vəziyyət təmamilə nəzarətdən çıxmış olar. Lakin vətəndaşlar qanunsuz taksi xidmətlərindən istifadə etməsə, belə sürücülərlə də gündəlik mübarizə aparmağa ehtiyac qalmaz", - deyə o əlavə edib.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











