2015-ci ildə bürclər nə vəd edir? BÜRCLƏR

Gündəm 31 Dekabr 2014 03:07 Oxunub 4639
2015-ci ildə bürclər nə vəd edir? BÜRCLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qoyun ilində bizi nə gözləyir?

2015-ci il - qoyun ilində bizi nə gözləyir? Avtosfer.az anspress-ə istinadən ilin astroloji proqnozunu təqdim edir. 

 

Qoç 

İlin ən şanslı bürclərindəndir. Əgər qoç evli deyilsə bu il ailədə nişan, toy kimi xoş hadisələr yaşana bilər. Əsas bu namizədlər arasında özünüzə uyğun olanı tapmaqdır. Qərar verəndə tələsməyin. Bu sadəcə eşq həyatına aid deyil. Gündəlik həyatınızda da düşünülməmiş qərar verməməyə çalışın. Etibar etdiyiniz şəxslərdən kömək istəyin.

Fevral-may aylarında maddi vəziyyətinizdə problemlər ola bilər. Yeni ildə belinizdə ağrılar sizi narahat edə bilər. Yazda xəstələnməmək üçün qışda çox stres keçirməməyə çalışın. 

 

Buğa 

Buğaların 2015-ci ildə pul sarıdan bəxti gətirəcək. Gələn il həyatınızda böyük önəmi olacaq insanlarla tanış ola bilərsiniz. Düşünülərək qəbul edilən düzgün qərarlar həm özünüz, həm də ərtafındakılarınıza fayda gətirə bilər. Maddi vəziyyətinizlə bağlı təklifləri mütləq dəyərləndirin. 

 

Əkizlər 

Bu bürcdə doğulanlar üçün bir az sıxıntı ola bilər. Lakin təşvişə düşməyin. İlin ilk aylarında bəzi çətinlikləriniz ola bilər. əgər bu çətinliklırin öhdəsindən gəlsəniz sonrakı illər daha asan keçəcək. Əkizlər 2015-ci ildə sağlam təməli olan dostluqlar qura bilərlər. Bundan başqa əkizləri fərqli yeniliklər, dəyişikliklər demək olar ki, gözlənilmir. 

Ciyərlərnizi qoruyun. Pəhriz haqqında da düşünsəniz pis olmaz. 

 

Xərçəng 

İlin şanslı bürclərindən biridir. Xərçənglər qərarları adətən duyğularına əsaslanaraq verirlər. Məntiqsiz qərarlar verməməyə çalışın. əgər bu günə qədər eviniz olmayıbsa 2015-ci ildə rzularınızdakı evə qovuşa bilərsiniz. Amma həyatda bir şeyə sahib olmaq üçün vaxtında və düşünülmüş qərar verməlisiniz. İlin birinci yarısında maddi problemləriniz ola bilər. Amma bu elədə böyük olmayacaq və öhdəsindən tez gələ biləcəksiniz. 

Qidalanmanıza diqqət edin. Hər nə oldu yemək allergiya kimi fəsadlara yol aça bilər. 

 

Şir 

Bu il çətin günləriniz kifayət qədər olacaq. Onları ən çox dostlarının onların əvəzinə verdiyi qərarlar üzəcək. Bəzi çətinliklərin gözəl sürprizlərə səbəb ola biləcəyini də unutmayın. Bəzən şox danışmaq sizin üçün problem yarada bilər. Şir bürcündən olanlar xoşbəxtliyi gec tapsa da, onların gözlədiyinə dəyəcək. 

Maliyyə həssaslığınız pulla bağlı problemdən yayınmağa kömək edəcək. Qızlar nə qədər maraqlı həyat tərzi keçirsələr, bir o qədər sağlamlıqla bağlı problemlərlə az üzləşirlər. Vaxtlı vaxtında istirahət etməyi və yatmağı unutmayın. 

 

Qız

Qızlar üçün bu il əvəllkilərdən çox da fərqli olmayacaq. Kiçik problemləriniz ola bilər. Müdriklik sayəsində problemlərdən asan çıxış yolunu tapmaq mümkündür. Kiçik problemlər həm iş, həm də eşq həyatında mümkündür. Amma bunlar asanlıqla həll ediləcək. Siz çox zaman pisi yaxşıdan seçə bilirsiniz. Gəlirlərinizi artırmaq şansınız var. Yeni vəzifəyə keçə bilərsiniz. 

Gələn il çalışın öz sağlamlığınızın qeydinnə qalmağa başlayın. Siqareti atın, pəhrizə başlayın. İdmanı həyatınızın ayrılmaz hissəsinə çevirin. 

 

Tərəzi 

Tərəzilər 2015-ci ildə eşq, sevgi barəsində çox şanslıdırlar. Tərəzilər qarşılarına çıxacaq çox sayda insan arasında doğru seçim etsələr həyatlarının dönüm nöqtəsini yaşaya bilərlər. Ciddi qərar vermək və dostların dəstəyindən uzaqlaşmamaq gərəkdir. 

Bu il çox işləməli olacaqsınız. Sağlamlıqla bağlı ən böyük probleminiz əsəb sistemi ilə bağlı ola bilər. 

 

Əqrəb

Durğun sevgi həyatınız olacaq. Ailələr arasında kiçik problemlər meydana gələ bilər. Bundan başqa demək olar ki, problemləriniz olmayacaq. Unutmayın ki, uğurlarınız artdıqca düşmənləriniz də çoxalır. Bəzən hər şeydən şübhələnən və təzyiqlərinizlə gərəksiz mübahisələr yola aça bilərsiniz. 

Əgər maddi problemlər yarananda təşvişə düşməsəniz, onların öhdəsindən tez gələ biləcəksiniz. Yaz aylarında əmlak alış-verişi uğurlu ola bilər. Qışın əvvəllərində soyuqdəymə probleminiz ola bilər. 

 

Oxatan 

Bu bürc üçün olduqca dəyişik və hərəkətli il olacaq. Xüsusilə eşq həyatında. Oxatan bürcü altında doğulanlar bəzən yersiz tənqidlərlə üzləşə bilərlər. Amma bütün bunlar dəyişikliyə səbəb olmamalıdır. Əgər bunu bacarsanız insanların sizə güvəni daha da artacaq. 

 

Oğlaq

2015-ci ilə şanssız girəcək bürclərdəndir. Ailə həyatında, maddi vəziyyətlə bağlı olaraq problemlərlə qarşılaşa bilərsiniz. Əgər problemləri uğurla həll etmək istəyirsinizsə hadisələrə cəld reaksiya verməyin. Oğlaqlar bu il həyatlarında bir çox yeniliklər etməli olacaqlar. 

Tənbəl olmayın, yeni biliklər, vərdişlər qazanmağa çalışın. Boş-boş şeylərə görə az əsəbləşin. Özünü təlimlə məşğul olmağa daha çox vaxt ayırın. 

Stresli vəziyyətlərdən mümkün qədər az ziyanla çıxmağa çalışın. Miqren və mövsümü soyuqlamalardan özünüzü qoruyun. 

 

Dolça 

Sevgi sarıdan bəxtiniz bir o qədər də gətirməyəcək. Lakin uğurlu gələcəyin təməlini gələn il ata bilərsiniz. İşlə bağlı çox sayda təklif ala bilərsiniz. Doğru qərar vermək üçün yüz ölçüb, bir biçmək lazımdır. 

Maliyyə ilə bağlı məsələlərdə daha cəsarətli olun. Bu il qazanc üçün çox sərfəli il olacaq. Sizin başqalarının görmədiyi məqamları sezmək bacarığınız var. 

Ürək, mədə və əsəbləri qoruyun. 

 

Balıq

Balıq üçün gələn il bir o qədərdə fərqli olmayacaq. İş həyatında ciddi dəyişiklik olmasa da, maddi baxımdan gəlirləri artacaq. Eşq həyatınız bu il rənglənə bilər. Diqqət etməli məqam isə danışanda, qərar verəndə soyuqqanlı olmaqdır. 

May ayına kimi karyeranızda və biznes sahəsində ciddi hərəkətlər etməyə çalışmayın. Əgər qaydalara uyğun oynasanız qazancınız bol ola bilər. 

Susmayın, emosiyalarınızı yaxınlarınızla bölün. Bu sizi stresdən uzaq tutacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh