2025-ci ildə ilk Çin-Avropa yük qatarı Siandan Daşkəndə yola düşüb

2025-ci ilin ilk yük qatarı yanvarın 1-də Şensi əyalətinin Sian beynəlxalq limanı stansiyasından Özbəkistanın paytaxtına yola düşüb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
"Bu, Çin-Avropa beynəlxalq dəmir yolu ilə yükdaşımalar çərçivəsində ilk Sian-Daşkənd sürət qatarının işə salındığını göstərir. Məişət texnikası, toxuculuq məmulatları və kimya sənayesi məhsullarının yükləndiyi 50 konteynerdən ibarət qatar Şimal Qərbi Çinin Sincan-Uyğur muxtar rayonundakı Horqos sərhəd-keçid məntəqəsindən keçərək Qazaxıstan ərazisindən Özbəkistana çatacaq", - agentlik qeyd edir.
Sian-Daşkənd sürət qatarı Çin-Avropa yük qatarlarına xidmət göstərən Sian "Çanba" beynəlxalq limanının iştirakı ilə hazırlanmış nəqliyyat xidmətləri çərçivəsində yenilik olub.
"Çin Dəmir Yolları Korporasiyası və digər dəmir yolu və gömrük qurumları ilə əməkdaşlıq sayəsində Siandan Daşkəndə yük qatarının yolda olma müddəti 8-10 gündən 5-6 günə qədər azaldılıb", - Sian şəhərinin azad ticarət limanının tikintisi və istismarı şirkətinin baş direktoru Yuan Xiaojun bildirib.
"Çanba" beynəlxalq liman administrasiyasının məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Siandan Mərkəzi Asiya istiqamətində Çin-Avropa yük qatarları ilə göndərilən standart konteynerlərin sayı illik müqayisədə 49,8 % artaraq 69 655 min təşkil edib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










