40 dərəcə istiyə hazır olun

İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 22-25°, gündüz 30-35° isti olacağı gözlənilir. Avtosfer.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, Abşeron çimərliklərində: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 23-24° isti, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 24-25° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 18-23° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Temperaturun gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperaturun gecə 20-25° isti, gündüz 33-38° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperaturun gecə 21-26° isti, gündüz 35-40° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq, zəif şərq küləyi əsəcək. Temperaturun gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı ehtimalı var.
Fidan
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Tıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO
Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir – NƏQLİYYAT EKSPERTİ










