İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.
Avtosfer.az xəbər verir ki, dövlət başçısı ölkələr arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırladı.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğuladı.
O, Prezident Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdıraraq qeyd etdi ki, İranın dövlət başçısı Prezident İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Məsud Pezeşkiana çatdırmağı xahiş etdi. Dövlət başçısı da öz növbəsində İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü deyərək, bir neçə gün əvvəl onunla Türkmənistanda keçirdiyi görüşü xatırladı.
Nazir vurğuladı ki, İran Prezidenti ölkələrin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirdi.
İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu dedi.
Söhbət zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.






Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












