400 minlik toyu ilə gündəmə gələn sabiq məmurun qızı rəsmən boşandı - FOTO
Gündəm
25 Sentyabr 2020 15:18

400 minlik toyları ilə gündəmdən düşməyən bloger Aysel Şükür və Oqtay Əhmədov rəsmi boşanıb. Axşam.az-ın xəbərinə görə, bu haqda Oqtay məlumat verib. O, boşanma sənədini yayımlayaraq prosesin sentyabrın 22-də yekunlaşdığını deyib:
“Artıq boşanmağımız rəsmən təsdiqləndi. Çox çalışdım ki, belə nəticə olmasın. Siz çox şeyi “Instagram”da görürsünüz, amma mənim etdiyim çox şeyi görə bilməzsiniz. Nə xəyanət olub, nə də başqa bir şey. Şər-böhtanlar atıldı keçdim. Mənim barəmdə nəsə paylaşım olsa, dəqiqliklə nə üstə ayrıldığımızın hamısını danışacağam. Uzun müddətdir ki, ortaq dostlarımız bizi bir araya gətirməyə çalışdı, razı oldum, tək istədiyim ailəmi geri qaytarmaq idi. Hətta mənim səhvim olmaya-olmaya. Bunun üçün çox cəhdlər etdim, təəssüf o insan razılaşmadı.
Sevgimi, ailəmin arxasında dayandığımı üzə deyirəm, internetdə paylaşmırdım. Video qoyub göz yaşıma görə nə reytinq yığdım, nə də sevgi çarxları paylaşdım ki, kiminsə yazığı gəlsin. İzləyicilər mesaj yazırlar, ona görə də məcbur paylaşım edirəm.
Daha bu ailə yoxdur. Bu barədə mənə heç nə yazmayın, video, şəkil göndərməyin. Sevgimi, verdiyim dəyəri beş il əvvəl və evlilik dövründə sübut etmişəm. Uşaqlarımın anasıdır. Ona görə də günlərdir susuram, əsl səbəbləri açıqlamıram. Tək istəyim mənə şər və böhtan atılmasın!”.
Qeyd edək ki, Aysel ərinin ona xəyanət etdiyini iddia edib. Cütlüyün əkiz övladı var.
Oxunub : 1466
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 17:56
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
28 Noyabr 2026 15:45
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
27 Noyabr 2026 20:44
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
ŞƏRH YAZ












