5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı

“Sentyabrın 15-dən 5-11-ci siniflərdə tədrisin onlayn qaydada keçirilməsi təklif olunur. Bu tarixdən həm əyani, həm də virtual məktəb layihələri, teledərslər paralel olaraq davam edəcək. Ən azı növbəti ilin mart ayına qədər teledərslərin və virtual məktəb layihələrinin davam etdirilməsi nəzərdə tutulur”.
Bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 1 oktyabr tarixindən 5-9-cu siniflərin mərhələlərlə təhsilə əyani şəkildə başlaması planlaşdırılır:
“Verilmiş situasiadan asılı olaraq onlar həftədə 2 və ya 3 dəfə məktəbə gələ bilərlər. Ölkə üzrə 737 min şagirddən söhbət gedir. Bakı şəhəri üzrə bu rəqəm 286 min nəfərdir. Əgər epidemioloji vəziyyət imkan verərsə, biz oktyabr ayının 1-dən 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış və ya hissə-hissə, qarışıq proqramlarla məktəbə qaytarmağı planlaşdırırıq”.
Nazir, həmçinin əlavə edib ki, əgər epidemioloji vəziyyət stabil olarsa, 15 oktyabr tarixindən 10-11-ci siniflərdə təhsil alan təxminən 182 min nəfər təhsil alanın məktəblərə qayıtması planlaşdırılır: “Bundan əlavə, 150 min müəllim və ümumilikdə 200 mindən bir qədər artıq, müəllim, texniki heyət və ümumtəhsil müəssisələrində işləyən insanların da məktəblərə gəlib-getməsi təmin edilməlidir”. (“Qafqazinfo”)
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO











