618 bal yığmış tələbə qız niyə intihar etdi? - VİDEO

Daha bir gənc intihar etdi. Ötən gün gecə saat 2 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayonda yaşayan 18 yaşlı Könül Misirli yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb. Hadisə ilə bağlı valideynləri ilə əlaqə saxlamağa çalışsaq da, çəkilişə imkan verməyiblər. Lakin ailəni və Könülü yaxından tanıyan qonşuları gəncin yüksək əxlaqa sahib, savadlı və sakit təbiətli qız olduğunu deyirlər. Dərslərində də fəal olan Könül buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə birinci yerə çıxıb. Ali məktəbə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.
O, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi idi. O, Təhsil Nazirliyinin "Gələcəyin müəllimi təqaüdü"nə layiq görülüb, bununla yanaşı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib. Təhsil aldığı fakultənin dekan müavini Məhəmmədəli Məmmədov gənc qızın ölümünə hələ də inana bilmədiyini deyir.
Könül hətta intihar etmədən öncə axşam qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib.
Martın 31-də Könülün 18 yaşı olacaqdı. Lakin valideynləri ona bir neçə gün öncədən doğum günü keçiriblər.
Psixoloqların fikrincə, son zamanlar yeniyetmə və gənclər arasında sosial adaptasiya, ünsiyyət problemi və tükənmişlik sindromu kimi hallar intiharların artmasına səbəb olur. Bu, onların emosional durumundakı dəyişikliklərlə bağlıdır. Təbii ki, burada valideyn duyarlılığı daha önəmlidir.
Mütəxəssislər qeyd edirlər ki, bu cür halların qarşısını almaq üçün ailə qayğısı və nəzarətini artırmaq vəziyyətdən çıxış yollarından biri ola bilər.
Qeyd edək ki, gənc qızın nəyə görə intihar etdiyi hələ ki bəlli deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










