7 aylıq hamilə qadını və ərini öldürən sürücü tutuldu - VİDEO

Paytaxtın Nizami rayonunda dəhşətli yol nəqliyyat hadisəsi qeydə alınıb. ANS-in məlumatına görə, “VAZ 21 07” markalı avtomobil yüksək sürətlə gələrək yolu keçmək istəyən Vüqar Mustafayev və onun həyat yoldaşı Tünzalə Mustafayavanı vurub. Daha sonra sürücü hadisə yerindən uzaqlaşıb. Əraziyə dərhal Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə yerən gələn polislər ilk olaraq burada 4 yaşlı uşaq aşkarlayıb. Məlum olub ki, sözügedən uşaq dünyasını dəyişənlərin övladıdır. Yalnız bundan sonra ərazidə polis əməkdaşları axtarışa başlayıb. Müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olub ki, “VAZ 21 07”nin sürücüsü hadisəni törətdikdən sonra avtomobilinin işıqlarını söndürərək ərazidən uzaqlaşıb. Elə həmin gün sürücünün şəxsiyyəti məlum olub. O, yaşadığı ünvandan polis bölməsinə, avtomaşını isə cərimə meydançasına aparılıb. Sürücünün kimliyinə gəlincə isə o, 1991-ci il təvəllüdlü Elmir Mehrəliyevdir. Onun barəsində artıq cinayət işi başlanılıb. İlkin dindirmə zamanı sürücünün anlaqsız vəziyyətdə olduğu üzə çıxıb.
Qeyd edək ki, dünyasını dəyişən Tünzalə Mustafayeva həm də hamilə olub. Qəzanın dəqiq səbəbləri isə araşdırmalardan sonra məlum olacaq.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












