8 Martın hava xəbəri

Adam Içində İstirahət və qeyri-iş günündə ölkə ərazisində yağıntılı hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacaq və şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Martın 9-da da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq, axşama doğru kəsiləcək. Şimal küləyi gündüz mülayimləşəcək. Temperatur gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında martın 8-də hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman gözlənilir,
əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti proqnozlaşdırılır.
Martın 9-da isə Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağətəyi və dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacaq.
Fidan
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI










