90-cı illərin məşhur müğənnisinin son görüntüsü diqqət çəkdi - FOTO

1990-cı illərin yaddaqalan mahnılarından biri olan "Şinanari" ilə tanınan Pınar Dilşeker illər sonra yenidən sosial şəbəkələrdə gündəmə gəlib. Avtosfer.az "Demokrat.az"a istinadən xəbər verir ki, türk müğənninin son fotoları qısa müddətdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər onun görünüşü ilə bağlı müxtəlif rəylər paylaşaraq, "50 yaşında görünmür" kimi şərhlər yazıblar. 1990-cı illərin tanınmış pop ifaçılarından olan Pınar Dilşeker musiqi karyerasına 1995-ci ildə başlayıb və qısa müddətdə geniş dinləyici auditoriyası qazanıb. Son günlər sosial şəbəkələrdə yayılan yeni fotoları onun yenidən diqqət mərkəzinə düşməsinə səbəb olub.
İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasının məzunu olan Dilşeker musiqi fəaliyyətinə "Sana Sahibim" mahnısı ilə başlayıb. Daha sonra təqdim etdiyi albomlarla tanınıb və xüsusilə "Şinanari" mahnısı ilə böyük populyarlıq qazanıb. Enerjili səhnə çıxışları və özünəməxsus üslubu ilə seçilən sənətçi uzun illərdir mediadan uzaq həyat sürür.
Son dövrdə yayılan fotolarında görünüşündəki dəyişiklik sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. 53 yaşlı müğənninin yeni imici ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Sosial şəbəkələrdə onun görünüşü ilə bağlı çoxsaylı şərhlər paylaşılıb.
Fotolar qısa müddətdə minlərlə bəyənmə və rəy toplayıb. Bəzi istifadəçilər "İllər ona yaraşıb", "Olduqca gənc və baxımlı görünür" kimi fikirlər səsləndiriblər. Digərləri isə görünüşündəki dəyişikliklərin nəzərəçarpan olduğunu qeyd ediblər.
Pınar Dilşeker kimdir?
Pınar Dilşeker 25 iyul 1972-ci ildə anadan olub. Konservatoriya təhsili alan sənətçi musiqi sahəsində qazandığı uğurlarla tanınıb. "Şinanari" mahnısı onun yaradıcılığının ən yaddaqalan işlərindən biri hesab olunur. Musiqi fəaliyyəti ilə yanaşı, aktyorluq sahəsində də çalışan Dilşeker mərhum sənətçi İbrahim Erkal ilə birlikdə televiziya serialında rol alıb. O, həmçinin İbrahim Tatlısesin "Allahım Neydi Günahım?" adlı musiqi klipində də çəkilib. Şəxsi həyatı ilə də zaman-zaman maqazin gündəminə gələn Dilşeker iş adamı Çetin Yılmaz ilə ailə qurub. Bu nikahdan Mert Ali adlı oğlu dünyaya gəlib. Daha sonra cütlük boşanıb. Sonradan iş adamı Ahmet Hamoğlu ilə nişanlanan sənətçinin bu münasibəti də uzun sürməyib. Pınar Dilşeker son albomunu 2014-cü ildə təqdim edib. Son illərdə isə ictimaiyyət qarşısına nadir hallarda çıxsa da, 1990-cı illərin yaddaqalan pop ifaçılarından biri kimi xatırlanır.



Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










