95 oktanla işləyən maşına 92 yanacaq vurmaq olar?

Bəzən sürücülər zavodun tələb etdiyi Aİ-95 markalı benzin əvəzinə, imkansızlıqdan 92 markalı benzin istifadə edir və mühərrikdə yaranan detonasiya probleminin qarşısını almaq üçün oktanartırıcı qatqılardan yararlanırlar. Bu üsul düzgün tətbiq olunduqda mühərrikə zərər vermir, əksinə, onun daha sabit və səssiz işləməsini təmin edir.
Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib.
“95 oktanla işləyən avtomobilə 92 oktanlı yanacaq tökəndə mühərrikdə detonasiya hiss olunur. Bunun əmələ gəlməməsi üçün əlavə qatqılardan və oktan artırıcılardan istifadə edilir. Əgər bu qatqılar düzgün miqdarda tətbiq edilərsə, mühərrikdə heç bir zərər yaranmır, katalizator da sıradan çıxmır. Detonasiyanın olmaması həm də mühərrikin daha sakit və normal işləməsinə, yüksək temperaturdan qorunmasına gətirib çıxarır”, – o bildirib.
Ağabəylinin sözlərinə görə, sürücülər bu üsulla həm mühərriki qoruyur, həm də müəyyən qədər – litrinə 50 qəpik – qənaət edirlər.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












