"AA" seriyalı maşınlar avtobus zolaqlarını niyə zəbt edir? - AÇIQLAMA

Bakıda avtobus zolaqlarında tez-tez minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkət etdiyini müşahidə edirik. Hətta əsasən məmurlara, digər vəzifəli şəxslərə məxsus "AA", "AS" seriyalı dövlət nömrə nişanlı avtomobillər də həmin zolaqlara daxil olur. Təbii ki, bu, qayda pozuntusu olmaqla yanaşı, həmçinin avtobus sərnişinlərinin mənzil başına vaxtında çatmasına maneə olur.
Avtosfer.az-ın məlumatına görə, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, "AA" seriyalı avtomobil sahibləri bir növ özlərini fərqləndirmək məqsədi ilə bu cür hərəkələrə yol verirlər.
Onun sözlərinə görə, hal-hazırda mövcud qanunvericiliyə görə, avtobus zolağına daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri barəsində 40 manat cərimə tətbiq edilir.

"Çox zaman bu pozuntular aşkarlanır. Lakin heç də hər yerdə kameralar olmadığından təəssüf ki, bəzən bu cür halları müəyyən etmək mümkün olmur. Son zamanlar Daxili İşlər Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində daha uzaq məsafələri qeydə ala bilən kameralar quraşdırılır. Bəzi hallarda isə, operativ nəqliyyat vasitələri də bu zolaqdan istifadə edirlər. Bu normal hal sayıla bilir. Yalnız zərurət yarandığı təqdirdə qayda pozuntusu edə bilərlər.
Lakin dövlət seriyalı, yəni "AA", "AS" seriyalı nəqliyyat vasitələri vardır ki, onlar da bir növ özlərini fərqləndirmək məqsədi ilə bu cür hərəkələrə yol verirlər. Sadəcə görünən odur ki, cərimənin məbləği onlar üçün daha xırda görünür. Bununla da cərimə sanksiyalarının artırılmasına ehtiyac yaranır. Hətta cərimə balının artırılması haqqında da müzakirələr aparılır”, - deyə E.Muradlı bildirdi.
Mövzu ilə bağlı saytımıza danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli isə bildirdi ki, paytaxtın yol polisi tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mütəmadi olaraq nəzarət və profilaktik tədbirlər davam etdirilir.

"Lakin təəssüflə qeyd etməliyəm ki, edilən xəbərdarlıqlara baxmayaraq bəzi sürücülər avtobus zolaqlarına daxil olmaqla, və ya həmin zolaqda avtomobillərini saxlamaqla avtobusların hərəkətinə maneə yaradırlar ki, bu da yolverilməz haldır və inzibati məsuliyyət yaradır.
Digər nəqliyyat vasitəsinin sözügedən zolağa daxil olaraq hərəkət etməsi İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində, eləcə də həmin zolaqda nəqliyyat vasitəsinin dayanma və ya durması isə, 346.1-ci maddəyə əsasən isə 20 manat məbləğində cərimə tətbiq edilir.
Biz həmin o sürücülərdən xahiş edirik ki, qaydalara ciddi şəkildə əməl edərək həm özlərinin, həm də digər sürücülərin sağlamlığını təhlükəyə atmasınlar”, - deyə DYP rəsmisi bildirdi.
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO










